13 Avqust 2025 18:29
340
SİYASƏT

Fəzail Ağamalı postunu deputat qızına ötürür

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı postunu qızı, deputat Günay Ağamalıya təhvil verə bilər. O, bu barədə özü açıqlama verib.

Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Günay Ağamalı Demokrat.az-a bildirib ki, partiya sədrliyinə namizəd olacağı doğrudur:

“Bəlli olduğu kimi, bir neçə ay öncə Ana Vətən Partiyasının sədrinin təşəbbüsü ilə bu ilin oktyabr ayında  partiyanın növbədənkənar qurultayı keçiriləcək. Partiyanın sədri Fəzail Ağamalı sədrlikdən istefa vermək fikrindədir. Qurultayda sədrin istefasından sonra yeni sədrin seçilməsində namizədliyimi irəli sürmək fikrindəyəm. Əlbəttə, son söz qurultayındır”.