Küləkli hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Mayın 2-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Naftalan, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hacıqabul, Neftçala, Salyan, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar, Qobustan, Şirvan, Şamaxı, İsmayıllı, Biləsuvar, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Saatlı, Sabirabad, İmişli, Bərdə, Tərtər və Ağdamda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Digər Xəbərlər

Leysan yağacaq, güclü külək əsəcək - PROQNOZ

Yolda xarab olan “Qazel” qəzaya səbəb oldu - VİDEO

Sumqayıtda 7-ci sinif şagirdi vəfat edib

Bu ərazilərdə qaz olmayacaq

Ağdaşda nöqsanların aşkarlandığı ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırıldı

Xocalıda 7 itkin mülki şəxsə aid meyit qalıqları tapıldı

ADNA-da terror aktı törədilməsindən 16 İL ÖTÜR
