"Komedixana"nın aktrisası müəllimlik etməyə başladı
Aktrisa Zarina Qurbanova yeni fəaliyyət sahəsi ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, o, sosial media hesabında paylaşım edərək artıq müəllimliklə məşğul olduğunu açıqlayıb. Aktrisa azyaşlı şagirdləri ilə çalışdığını bildirərək onların istedadından və öyrənməyə olan həvəsindən söz açıb.
Zarina qeyd edib ki, hər dərsdə uşaqları daha yaxından tanımaq imkanı əldə edir və onların inkişafını izləməkdən böyük zövq alır. O, şagirdlərinin fərqli və potensiallı olduqlarını vurğulayıb.
Aktrisanın sözlərinə görə, valideynlər isə zarafatla uşaqları "balaca Zarinalar" adlandırır. Onun şagirdləri ilə birlikdə kamera qarşısına keçdiyi görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.


Bakı -°C

