adalet.az header logo
  • Bakı -°C
29 Aprel 2026 13:24
112
ŞOU-BİZNES
A- A+

 Sahib İbrahimov: “Qərəzli sözlər yazmaqla heç kəs məni ruhdan sala bilməz”

İfaları ilə yanaşı sənət dostları ilə qalmaqallarla yaddan qalan Sahib İbrahimov bu dəfə də susmayıb.

Adalet.az bildirir ki, ifaçı onun haqqında mənfi rəy yazanlara, fikir bildirənlərə səslənib:

“Həmişə deyirəm ki, insan qisasını uğurları ilə almalıdır. Birindən qisas almaq istəyirsənsə, ounla mübarizə aparma. Özünlə məşğul ol, sənətini inkişaf  etdir. Birdə görəcəksən ki, çox irəliyə getmisən. Belə  olan halda səni sevənlər sevinəcəklər, sevməyənlər isə  bunu əsla qəbul etməyəcəklər.  Qərəzli sözlər yazmaqla heç kəs məni ruhdan sala bilməz. Bu sənət zəhmət tələb edir, zəhmət çəkənlər  uğur qazanır. Zəhmət çəkməyənlər isə  camaatın arxasınca danışır”.

Əntiqə