İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdı - FOTO + YENİLƏNİB

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar başa çatıb.
Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, danışıqlar 1 saat 15 dəqiqə davam edib.
***15:55
İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başlayıb.
Adalet.az xəbər verir ki, danışıqları Türkiyənin xarici işlər naziri Hakan Fidanın açılış nitqi ilə açıb.
Məlumata görə, danışıqların başlanması Kiyev nümayəndə heyətinin rəhbəri, Ukraynanın müdafiə naziri Rustem Umerovun gec gəlməsi səbəbindən ləngiyib.
***10:26
Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlar aparmaq üçün İstanbuldadır.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib.
"Ukrayna nümayəndə heyəti İstanbula gəlib. Görüş bu gün günortaya planlaşdırılıb", - məlumatda qeyd olunub.