04 Iyun 2025 09:22
215
DÜNYA

Rusiya 5 ayda 200 min hərbçi itirib! - ŞOK RƏQƏM

2025-ci ilin əvvəlindən Rusiya ordusu Ukraynaya qarşı müharibədə 200 min hərbçi itirib.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

"200 min nəfər - bu ilin əvvəlindən düşmənin ümumi itkiləri. Hər bir ukraynalı əsgərə peşəkarlığına görə təşəkkür edirəm. Mübarizə davam edir", - Sırski bildirib.