03 Iyun 2025 12:44
281
DÜNYA

"Artıq Trampın səbri tükənir"

Birləşmiş Ştatların Türkiyədəki səfiri Tomas Barrak bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Donald Trampın səbri son həddə çatır. 

 Star qəzeti ilə söhbətində, səfir Türkiyənin İstanbul danışıqlarında vasitəçilik rolunu yüksək qiymətləndirib. 

 İyun ayının 2-də Rusiya bə Ukrayna nümayəndələrinin İstanbulda baş tutan danışıqlarının 2-ci raundu başa çatıb. Danışıqların nəticəsində Rusiya nümayəndə heyyətinin rəhbəri Vladimir Medinski, Ukrayna tərəfə,  iki variantda atəşin dayandırılması ilə bağlı Kremlin hazırladığı memorandumun təqdim olunduğunu bildirib. 

 Gözlənilir ki, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundundu da İstanbulda keçiriləcək.

 Rüstəm Hacıyev