03 Iyun 2025 19:03
254
DÜNYA

Suriya prezidenti ABŞ-yə gedir - 60 ildə ilk yaşanacaq

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa sentyabr ayında ABŞ-a səfər edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

Qeyd olunur ki, əl-Şaraa da BMT-nin iclasında çıxış edəcək. Bu, Suriya prezidentinin son 60 ildə dünya təşkilatında ilk çıxışı olacaq.

Suriyanın müvəqqəti hökuməti 2024-cü il dekabrın 9-da Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaradılıb.