Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlamasını aparıb.
Adalet.az instituta istinadən xəbər verir ki, nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.
Bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır.
Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq tələblərinin icrası məqsədi ilə qəbul edilib.
Digər Xəbərlər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olundu - VİDEO + YENİLƏNİB

İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Bu yolda hərəkət 10 gün müddətinə tam məhdudlaşdırılacaq

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - FOTO

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə

İctimai yerdə dini ayin keçirən şəxslər həbs edildi
jpg-1755501408.jpg)