İsrail hərbçiləri Qəzzada "Netsarim" dəhlizini nəzarətə götürüb

İsrail Müdafiə Ordusu (IDF) Qəzza bölgəsini şimal və cənub hissələrə ayıran "Netsarim" dəhlizini nəzarətə götürüb.
Adalet.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
IDF qeyd edib ki, Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı əməliyyatlar davam etdiriləcək.
"Son sutka ərzində İsrail ordusu "Netsarim" dəhlizi üzərində əməliyyat nəzarətini möhkəmləndirmək məqsədilə Qəzza zolağının şimal hissəsində əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar çərçivəsində qoşunlar bu bölgədə HƏMAS-ın əməliyyat imkanlarını pozmaq və əməliyyat nəzarətini genişləndirmək məqsədilə fəaliyyət göstərib", - məlumatda bildirilib.
Digər Xəbərlər

Ukraynanın Aİ-yə üzv olmasına qarşı çıxdı

Meloni: Geosiyasi böhranlar qarşısında soyuqqanlılıq və məsuliyyət lazımdır

Gürcüstanda müxalifət lideri SAXLANILDI

Əfqanıstanda mobil rabitə və internet bərpa olunub

"2022-ci ildə Ermənistan həqiqətən müstəqil oldu" - Paşinyan

Soyuq suyla çimdi, infarkt oldu - 22 yaşlı tələbənin faciəvi sonu

Putin Hindistana səfər edəcək
