Ərzaq məhsulları nə qədər bahalaşıb? - Deputat açıqladı
"Rəsmi statistikaya əsasən, bu ilin ilk rübündə istehlak bazarında 5.7 faiz qiymət artımı qeydə alınıb. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə daha yüksək infilyasiya müşahidə olunub: 6,8 faiz".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 2026-cı ilin mart ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki ilin müvafiq ayına nisbətən 6,5 faiz artıb.
"Ötən ay qida məhsullarının qiymət artımlarının strukturuna diqqət yetirəndə daha çox infilyasiyanın meyvə və tərəvəzlərdə qeydə alındığı görünür. Belə ki, meyvələrdə 3.6, tərəvəzlərdə isə 3.2 faiz qiymət artımları müşahidə olunub. Bütövlükdə, mart ayında uzun düyü, çörək, toyuq əti, təzə balıq, süd, pendir, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, kivi, qoz, fındıq, xiyar, pomidor, şirin bibər, balqabaq, yerkökü, kartof bahalaşıb".
Deputat bildirib ki, meyvə və tərəvəzin qiymətində daha çox artımların qeydə alınması bir sıra məhsullar üzrə idxalın payının çox olması ilə bağlıdır:
"İran müharibəsi mart ayında idxal infilyasiyasını daha da aktivləşdirib. Dünya bazarında müşahidə edilən qiymət artımları fonunda yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi daha da prioritetləşməkdədir. Son qlobal və regional geosiyasi gərginliklər bir daha təsdiq edir ki, qiymət artımlarının qarşısının alınması üçün əsas yol yerli istehsaldır. Bununla idxal infilyasiyasının təsirlərini minimumlaşdırmaq və istehlak bazarında qiymət optimallığını qorumaq olar".
Digər Xəbərlər
21 Aprel 2026 19:00
Azərbaycanın pambıq ixrac və idxalı artdı
21 Aprel 2026 18:52
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
21 Aprel 2026 18:03
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub
21 Aprel 2026 13:29
Bank borcunu ödəməyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:27
Palata DSMF-nin büdcəsinin icrasının auditini həyata keçirəcək
21 Aprel 2026 13:04
"Xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik" - Əli Məsimli
21 Aprel 2026 12:48
"Tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər var" - Deputat
21 Aprel 2026 12:29


Bakı -°C

