adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 13:04
107
İQTİSADİYYAT
A- A+

"Xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik" - Əli Məsimli

Azərbaycanda daxili auditi tam mənada işə salmaqla xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Onun sözlərinə görə, bununla bağlı effektə nail olmaqdan ötrü qabaqlayıcı tədbirlərin görülməsi çox mühüm əhəmiyyət kəsb edir: "Ona görə də qabaqlayıcı tədbirləri həyata keçirməklə biz çox milyonlu pozuntuların qarşısını almaqla yanaşı, eyni zamanda bir sıra yenə də çox milyonlu yeyintilərin də aradan qaldırılması istiqamətində mühüm deməli nəticələrə nail ola bilərik. Daxili audit sahəsindəki çatışmazlıqları aradan qaldırıb, sözün həqiqi mənasında daxili auditi tam mənada işə salmaqla xeyli dərəcədə dövlət vəsaitinin yeyinti və sairinin aradan qaldırılması istiqamətində nəticələrə nail ola bilərik. Hesablama Palatasının bundan da artıq işlər görə bilməsi üçün onun səlahiyyətlərinin artırılması və həmin səlahiyyətlərə uyğun surətdə onun işçi sayının da optimallaşdırılması çox vacibdir".