Büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlanıb
"Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməyib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Hər il nöqsanlar arasında ən yüksək paya malik olan büdcə qanunvericiliyi üzrə nöqsanlara gəldikdə bildirmək istərdim ki, 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq. Burada qurumlar tərəfindən proqnozlaşdırılma və icra prosesinə lazımi diqqət yetirilməməsi, yetərli maliyyə inzibatçılığının və fiskal intizamın təmin edilməməsi şəraitində aşkarlanmış nöqsanlar mühüm yer tutur. Bu nöqsanlar nəticəsində müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik", - deyə Palata sədri bildirib.
Digər Xəbərlər
21 Aprel 2026 19:00
Azərbaycanın pambıq ixrac və idxalı artdı
21 Aprel 2026 18:52
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
21 Aprel 2026 18:03
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub
21 Aprel 2026 13:29
Bank borcunu ödəməyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:27
Palata DSMF-nin büdcəsinin icrasının auditini həyata keçirəcək
21 Aprel 2026 13:04
"Xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik" - Əli Məsimli
21 Aprel 2026 12:48
"Tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər var" - Deputat
21 Aprel 2026 11:11


Bakı -°C

