Ermənistana yük daşıyan qatar Biləcəridən yola düşdü - YENİLƏNİB
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub.
Adalet.az xəbər verir ki, 1298 ton dizel yanacağı yüklənmiş 22 ədəd vaqondan və 240 ton gübrə yüklənmiş 4 vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Xatırladaq ki, sonuncu dəfə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel daşıyan 15 ədəd çən vaqon yola salınıb.
İndiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
***
08:14
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.
Adalet.az xəbər verir ki, eyni zamanda, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.
Digər Xəbərlər
21 Aprel 2026 19:00
Azərbaycanın pambıq ixrac və idxalı artdı
21 Aprel 2026 18:52
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
21 Aprel 2026 18:03
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub
21 Aprel 2026 13:29
Bank borcunu ödəməyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:27
Palata DSMF-nin büdcəsinin icrasının auditini həyata keçirəcək
21 Aprel 2026 13:04
"Xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik" - Əli Məsimli
21 Aprel 2026 12:48
"Tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər var" - Deputat
21 Aprel 2026 12:29


Bakı -°C

