Ərdoğan Hindistan və Pakistana ÇAĞIRIŞ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan və Pakistana çağırış edib.
Adalet.az xəbər verir ki, o, bu barədə hökumətin iclasından sonrakı çıxışında deyib.
Ərdoğan bildirib ki, Türkiyə tərəflər arasındakı gərginliyin aradan qalxmasını arzu edir.
Dövlət başçısı, həmçinin söyləyib ki, rəsmi Ankara nə öz bölgəsində, nə də digər ərazilərdə yeni toqquşmalarda maraqlıdır.
Xatırladaq ki, aprelin 22-də Hindistanın Cammu və Kəşmir nəzarət xəttində atışma baş verib, nəticədə 26 turist həlak olub, daha iyirmiyə yaxın insan yaralanıb. Hindistan hadisəni terror hücumu kimi qiymətləndirib və Pakistanı günahlandırıb.
Digər Xəbərlər
jpg-1746175246.jpg)
Allah hər itin duasını eşitsəydi, göydən sümük yağardı:Coel Tenninin yalvarışları
jpg-1746169745.jpg)
ABŞ Rusiyanın 80 illik qələbəsinə şərik çıxır?:Tramp "Qələbə günü" addımı

Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçilikdən imtina etdi
