Əbülfət Mədətoğlu: Qaranquş
("Bağ-baxca " ŞEİRLƏRİMDƏN)
Dinlədiyim səslərin
İçində səsin təkdi...
O səs mənim ruhuma
İlıq bir sığal çəkdi -
Qaranquş!
Budaqlar arasından
Süzülüb gələn səda...
Görməmişəm sevgidə -
Nə belə naz, nə əda -
Qaranquş!
Dinlədikcə duyuram
Candan qopur bu nida...
Fikrə noqtə qoyuram -
Səs " xoş gəldin, səs "vida" -
Qaranquş!
Bu bir payız nəğməsi,
Bu bir bahar sovqatı...
Səsin mənə yaşatdı -
Bax, belə bir ovqatı -
Qaranquş!


Bakı -°C

