Əbülfət Mədətoğlu :ÖZÜMƏ İRAD ŞEİRİ
Bacarmadım mən gülməyi , hamı tək
Təbəssümlə yola verdim gülməyi..
Cücərəndə ürəyimdə bir istək -
Yasaq oldu onu , dilin bilməyi!
Mən aşsam da gecə, gündüz dağ- dərə
Nə etdimsə , onu etdimm bir kərə!..
Güvənmədim nə talehə, nə zərə -
Təbiidi verdiyinin gəlməyi!
Əbülfət sus, amanın da, gələcək
Saman kimi, zamanında gələcək!
Bil ki, vaxtın tamamında gələcək -
Hay -küy edib gözdən salma, ölməyi!


Bakı -°C

