Azərbaycan millisi bu gün Ukrayna ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Adalet.az xəbər verir ki, yığma Bakıda Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Görüşü yunanıstanlı FIFA referisi Vassilis Fotias idarə edəcək.
Azərbaycan millisində ötən gün portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərilib. Komandanı bugünkü görüşə U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 5-də səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.
Digər Xəbərlər

Azərbaycan millisi DÇ-2026-da ilk xalını QAZANDI -YENİLƏNİB

“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu

Üzgüçülük Federasiyasında yeni təyinat

BAJILARIN NƏTƏRDİ?

Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Andrey Şevçenko: "Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir"

“Fənərbağça” futbolçusunu “Beşiktaş”a icarəyə verdi
