Cüdoçumuz Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.
Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Digər Xəbərlər

Avarçəkənlərimiz "Prezident Kuboku-2025"də 14 medal qazandılar

Konfrans Liqası: "Çelsi" İsveçdə, "Betis" doğma meydanda qələbə qazandı

Rodriqo "Real"dan getmək istəyir
