Çadralı qadınla bağlı videonu yayanın kimliyi bilindi - Polisə çağırıldı

Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.
Adalet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, Qaradağ RPİ əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Xanımın hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib:
“Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb.
Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar”.
Digər Xəbərlər

Ötən ay sərhəddə silahlı insident olub, 2 nəfər zərərsizləşdirilib

Bu hallarda ailə başçısının ölümünə görə zərər tələb edilə bilər - Qərar

"2030-cu ildə suya tələbat 16 faiz artacaq" - Nazir müavini

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır

Balaxanı Sənaye Parkının genişləndirilməsinə başlanılıb

FHN "28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim keçirib - VİDEO

Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir - VİDEO
