"Bölgələrə təyinat alan həkimlərin bir hissəsi təyinat yerlərinə gedib çıxmır" - Nazirlik rəsmisi

"Dövlət sifarişi əsasənda rezidenturada təhsil alan və bitirən məzunlar 3 il müdətində təyinat üzrə dövlət tibb müəssisələrində işləmək üçün göndərilirlər".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunların müzakirəsi zamanı Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, bununla bağlı rezidenturaya qəbul olanda həmin həkimlər Səhiyyə Nazirliyi ilə müqavilə bağlayırlar və orada bu şərtlər müəyyən edilir:
"Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə komissiyası həmin təyinatı həyata keçirir. İstər TƏBİB, istərsə də Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə, eləcə də digər dövlət qurumlarında olan vakansiyaları rezidentura məzunlarına təklif edirik. Hamısına təyinat verilir. Burda bir qədər problemlərlə qarşılaşırıq. Həkim mütəxəssilərin bir hissəsinin təyinat yerlərinə gedib çıxmaması və ya getdikdən sonra uzun illər qalıb işləməməsi ilə qarşılaşırıq. Vakansiyalar əsasən bölgələrdədir. Fikir veririk ki, bununla bağlı müəyyən çətinliklər var. Nazirlər Kabinetinin kənd yerlərinə göndərilən tibb mütəxəssislərinin stimullaşdırılması ilə bağlı qərarı var. Ola bilər ki, stimullaşdırıcı tədbirlərin daha çox gücləndirilməsinə ehtiyac var. Digər məsələlər də nəzərə alınmalıdır".
Digər Xəbərlər
jpg-1746185455.jpg)
Erməni bloggerdən Balasanyana "nokaut":"Sən və Vardanyan bir alətsiniz..."

Ötən ay sərhəddə silahlı insident olub, 2 nəfər zərərsizləşdirilib

Bu hallarda ailə başçısının ölümünə görə zərər tələb edilə bilər - Qərar

"2030-cu ildə suya tələbat 16 faiz artacaq" - Nazir müavini

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır

Balaxanı Sənaye Parkının genişləndirilməsinə başlanılıb

FHN "28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim keçirib - VİDEO
