Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin və orta ixtisas təhsili pilləsinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Konsert proqramında BXA-nın rəhbərliyi, müəllim-tələbə heyəti, eləcə də digər qonaqlar iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Xalq çalğı alətləri ixtisasının tələbələrinin müşayiəti altında təqdim olunan Azərbaycan musiqiləri və "Qaytağı", " Rast", "Şələqoy", "Qızılgül", "Azərbaycan", "Bayram suitası", "Laçın" və s. milli rəqs kompozisiyaları tədbirə xüsusi bayram sevinci qatıb.
Bakalavr və orta ixtisas təhsili pillələrinin tələbələrinin ifasında nümayiş olunan Azərbaycan rəqsləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Digər Xəbərlər

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri konsert proqramı ilə çıxış ediblər

Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb - FOTOLAR

Arzu Əliyeva rəsm qalereyasında iştirak edib - FOTOLAR

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTOLAR

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO
