Bakı Xoreoqrafiya Akademiyasının şagirdləri konsert proqramı ilə çıxış ediblər

Bakı Xoreoqrafiya Akademiyasının tam orta təhsil pilləsinin şagirdlərinin Nizami Kino Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar sevinsin həmişə" adlı konsert proqramı keçirilib.
Konsert proqramında BXA-nın rəhbərliyi, müəllim heyəti və digər qonaqlar iştirak edib.
Konsert proqramında akademiyanın şagirdləri tərəfindən "Polka", "Vals", "Kavboy rəqsi", "Üç dost", "Macar xalq rəqsi", "İgidlər" və s. rəqsləri ifa olunub.
Konsert proqramının sonunda isə BXA-nın təşkilatçılığı ilə fiziki məhdudiyyətli və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün hazırlanmış hədiyyələr təqdim olunub.
Qeyd edək ki, konsert proqramı böyük maraqla qarşılanıb.
Digər Xəbərlər

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ LAYİHƏYƏ START VERİLİR

Ankarada Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert keçirilib

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb - FOTOLAR

Arzu Əliyeva rəsm qalereyasında iştirak edib - FOTOLAR

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTOLAR

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO

Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib
