Bakı Xoreoqrafiya Akademiyasına yeni təyinat olub

Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) yeni prorektor təyin edilib.
Adalet.az xəbər verir ki, Rəhimli Səftər Mikayıl oğlu Akademiyanın prorektoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Səftər Rəhimli bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Əlavə edək ki, Səftər Rəhimli BDU hüquq fakültəsinin müəllimidir, hazırda Bakı Dövlət Universiteti hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının dosenti kimi fəaliyyət göstərir, hüquq üzrə (beynəlxalq hüquq) fəlsəfə doktorudur.
Digər Xəbərlər

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib – FOTOLAR

Fəxrəddin Manafov və İlham Qasımov Şuraya üzv təyin olundular

Yoxsulluq içində ölən rəssam: Əsərləri milyonlarla dollara satılır
