Azərbaycanda dollarlaşma azalır
Bazar üzrə dedollarlaşma trendləri davam edir. 2025-ci il ərzində bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faiz bəndi azalaraq 14.2% (tarixi minimum) olub. Depozit portfelinin dollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 faiz bəndi azalaraq 35.6% təşkil edib.
Adalet.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bundan başqa, məlumatda qeyd edilib ki, fiziki şəxslərin əmanətləri üzrə dedollarizasiya prosesi davam etməkdədir. Belə ki, 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3.5 faiz bəndi azalaraq 31.4%, tələbli depozitləri üzrə isə 1.4 faiz bəndi azalaraq 31.6% olub.
“Hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4.7 faiz bəndi artaraq 57.2% təşkil edib. Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 2.6 faiz bəndi azalaraq 32.7% olub”, - məlumatda vurğulanıb.
Digər Xəbərlər
21 Aprel 2026 19:00
Azərbaycanın pambıq ixrac və idxalı artdı
21 Aprel 2026 18:52
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
21 Aprel 2026 18:03
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub
21 Aprel 2026 13:29
Bank borcunu ödəməyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:27
Palata DSMF-nin büdcəsinin icrasının auditini həyata keçirəcək
21 Aprel 2026 13:04
"Xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik" - Əli Məsimli
21 Aprel 2026 12:48
"Tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər var" - Deputat
21 Aprel 2026 12:29


Bakı -°C

