Azad edilmiş ərazilərdə daha 381 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprel ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Adalet.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 302 piyada əleyhinə mina, 79 tank əleyhinə mina, 3047 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 6365.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Digər Xəbərlər

Ötən ay sərhəddə silahlı insident olub, 2 nəfər zərərsizləşdirilib

Bu hallarda ailə başçısının ölümünə görə zərər tələb edilə bilər - Qərar

"2030-cu ildə suya tələbat 16 faiz artacaq" - Nazir müavini

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır

Balaxanı Sənaye Parkının genişləndirilməsinə başlanılıb

FHN "28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim keçirib - VİDEO

Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir - VİDEO
