Antalyanın polis rəisi HƏBS OLUNDU

Antalya şəhər polis rəisi İlker Arslan həbs edilib.
Adalet.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Arslan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, dünən gecə könüllü şəkildə təhlükəsizlik orqanlarına təslim olub.
Onun yerinə polis rəisi vəzifəsini müvəqqəti olaraq müavini Murat Baz icra edəcək.
Məlumata görə, Arslanın adı Antalya Böyükşəhər bələdiyyəsinin sabiq sədri, Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mühittin Böcek ətrafında aparılan rüşvət və korrupsiya istintaqında hallanıb. Böcek iyulun 5-də saxlanılmış, daha sonra isə həbs edilmişdi.
İstintaq çərçivəsində həm bələdiyyə rəhbərliyində, həm də şəhər polis idarəsində ciddi korrupsiya halları araşdırılır.
Digər Xəbərlər

İsrail XİN Qəzzada atəşkəs təklifini qəbul etdiklərini bəyan edib

Rusiya-Ukrayna müharibəsində 92 amerikalı hərbçi öldürülüb

Yerusəlimdə terror aktı törədilib - Ölənlər var

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Peskov: "Moskva ABŞ-ın sülhpərvər yolu ilə hərəkət edir"

Medvedev: "Finlandiya Rusiyaya hücum etməyə hazlrlaşır"

Tokayev: Azərbaycan Prezidentinin Qazaxıstana səfəri hazırlanır
