Hesablama Palatası Maliyyə Nazirliyinə irad bildirdi

Hesablama Palatası vahid xəzinə hesabının sərbəst qalığından istifadə ilə bağlı Maliyyə Nazirliyinə irad bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin ilk yarısı üzrə dövlət büdcəsinin icrasına dair hesabatında bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövründə vahid xəzinə hesabının sərbəst qalığından daxili borcun azaldılmasına 1 mlrd. 395,4 mln. manat vəsait yönəldilib. Halbuki, “Büdcə sistemi haqqında” Qanunda sərbəst qalıqdan daxili borcun azaldılmasına vəsait ayrılması nəzərdə tutulmur.
Palata vurğulayıb ki, bu addım qanunvericilikdə təsbit edilmədiyi halda həyata keçirilib və gələcəkdə büdcə intizamının təmin olunması üçün belə halların aradan qaldırılması vacibdir.
Digər Xəbərlər

“İşğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili” ilə bağlı İşçi qrupunun ilk iclası keçirildi - FOTO

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı - VİDEO

Sabah “Daxili qoşunlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Prezidentdən SOMDA ilə bağlı FƏRMAN

Prezident Təşkilat Komitəsi yaratdı - Samir Şərifov sədr təyin edildi

ADY-də ABŞ-nin biznes nümayəndə heyəti ilə görüş keçirilib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının konfransında
