Adambaşına 13.8 min manat bank borcu var - Vüqar Bayramov

"Mərkəzi Bankın məlumatına görə, iqtisadi fəal əhali üzrə, adambaşına 13.8 min manat bank borcu var. Əgər 5 il öncə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 11.5 faiz idisə bu göstərici ötən ilin sonunda 18 faizədək yüksəlib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmilərində artımlar var ki, bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün bu qadağaların müəyyənləşdirilməsini tövsiyyə olunandır:
"Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olacağı inandırıcı deyil. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim".
Deputat söyləyib ki, hazırda 27 milyard 877 milyon manat kredit portfelini olduğunu nəzərə alsaq qanun layihəsində hüququ şəxslərin dairəsinin genişləndirilməsi məqsədəuyğun olardı:
"Yəni, hüquqi şəxsin icra orqanının rəhbəri ilə yanaşı, təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması məqsədəuyğun olardı. Məsələn, səhmdar cəmiyyətlərində yalnız hüquqi şəxsin icra orqanının rəhbəri deyil, idarə heyətinin üzvləri ayrıca qeyd oluna bilər. Çünki qərarlar idarə heyəti tərəfindən verilir. Bütövlükdə, problemli kreditlərinin həcminin artdığını nəzərə alaraq müzakirə etdiyimiz dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim".
Digər Xəbərlər

Azərbaycanda daha 19 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişdi

Bu lampaların satışı qadağan edildi

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

Bu əmələ görə 1000 manat cərimə müəyyənləşir

Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır

Kredit faizləri düşəcək? - Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib
