75 yaşlı qadının öldürülməsi ilə bağlı daha bir nəfər tutuldu

Aprelin 22-də Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub.
Adalet.az xəbər verir ki, Şərur rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərovanın cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə Seyidova ilə birgə törətməsinə şübhələr müəyyən edilib.
F.Seyidova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələrinə tövsif olunub.
Aypara Əsgərova və Firuzə Seyidova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Şərur rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Polisdən əməliyyat - Narkotik satışına görə 3 nəfər tutuldu

Vətəndaşların bank kartlarından 27 min manat oğurlandı

"Allahverdi Bağırovun vasitəçiliyi ilə Azərbaycan tərəfinə verildik" - Zərərçəkmiş

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

“20 Yanvar”da özünü qəsdən maşınların altına atan şəxs saxlanıldı - FOTO

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında

Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olundu
