Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir
Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq.
Bu barədə Adalet.az AMB-yə istinadən xəbər verir. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.
Bildiririk ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək
Ön və arxa tərəflərinin təsvirləri əlavə olunur.
Digər Xəbərlər
21 Aprel 2026 19:00
Azərbaycanın pambıq ixrac və idxalı artdı
21 Aprel 2026 18:52
“Fitch” Azərbaycanda iqtisadi artım proqnozunu açıqladı
21 Aprel 2026 18:03
Ələt Azad İqtisadi Zonası üzrə İşçi Qrupunun iclası olub
21 Aprel 2026 13:29
Bank borcunu ödəməyənlərin NƏZƏRİNƏ!
21 Aprel 2026 13:27
Palata DSMF-nin büdcəsinin icrasının auditini həyata keçirəcək
21 Aprel 2026 13:04
"Xeyli dərəcədə dövlət vəsaitinin yeyintisinin qarşısını ala bilərik" - Əli Məsimli
21 Aprel 2026 12:48
"Tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər var" - Deputat
21 Aprel 2026 12:29


Bakı -°C

