09 Sentyabr 2025 15:49
151
MARAQLI

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Amerikalı dietoloq Bet Çervoninin sözlərinə görə, çobanyastığı çayı təbii yolla sakitləşdirici təsir göstərən bitki hesab olunur və yuxusuzluqla mübarizədə kömək edir.

Adalet.az xəbər verir ki, onun fikirlərini "Daily Mirror" nəşri yayıb.

Mütəxəssis bildirib ki, optimal yuxu effekti üçün yatmazdan əvvəl bir fincan çobanyastığı çayı içmək kifayətdir. Bitkinin tərkibində olan apigenin adlı təbii birləşmə narahatlığı azaldır və orqanizmi rahatladır.

Çervoni vurğulayıb ki, çobanyastığı təkcə yuxunun keyfiyyətini yaxşılaşdırmır, həm də bir sıra bioloji aktiv maddələrin sayəsində terapevtik təsir göstərir. Onun sözlərinə görə, bitkinin tərkibindəki flavonoidlər hüceyrələri zədələnmədən qoruyan təbii antioksidantlardır.

"Çobanyastığındakı terpenoidlər immun sistemini dəstəkləyir. Bundan əlavə, çobanyastığı qaraciyəri qoruyucu xüsusiyyətə malikdir", - deyə dietoloq əlavə edib.