adalet.az header logo
  • Bakı -°C
12 May 2026 20:00
118
GÜNDƏM
A- A+

Asan xidmət, yoxsa, çətin xidmət!  

Artıq uzun illərdir ki, ölkəmizdə "  Asan" xidmət  fəaliyyət göstərir. Ədalət naminə deyək ki, ilk aylar bu xidmətdən əhalinin hamisı çox razılıq edirdi. Çünki bu xidmət həm  bürokratiyanın qarşını almışdı, həm də rüşvətin.Və gün də bu xidmətdə şəffaflıqdır, rüşvət də yoxdur! Çox gözəl! Amma bu xidmətdə müyyən nöqsanlar mövcuddur.

Bu günlərdə bizim bir qohumun yolu Qara Qarayev prospektindəki " Asan" Kommunal Xidmətinə düşüb. Ona görə ki, işığı , qazı , suyu  öz adına rəsmləşdirmək istəyib. Məlumat bürosunda ona deyiblər ki,  qazın kartı yanında olmadığına görə ona növbə vermək mümkün deyil. Amma suya və işığa növbə götürmək olar.

Həmin adam da növbə götürüb ikinci mərtəbəyə qalxıb. Evin sənədlərin təqdim edib. Mütəxəssis xanım deyib ki, burda iki ünvan var, əməkdaşlarımız üç iş günündə onu aydınlaşdırıb dəqiqləşdirəcək və sizinlə əlaqə yaradılacaq. Bu məqsədlə onun mobil telefon nömrəsini də qeydə alıblar. Üstəlik də xanım deyib ki, sizin ünvana  4 nəfər yazacağıq. Bunlar hamısı formadır. Əgər su sayğacı varsa, onda 4. nəfəri ora yazmağa nə ehtiyac!

Bax , bu məsələlər köhnə sistemdən qalan neqativ hallardır. Ona görə də, bu mövcud nöqsanları aidiyyəti qururum aradan qaldırmalıdır ki, abonentlər get- gələ salınmasın. Artıq bir çox sakinlər " Asan xidmət" dəki bürokratiyadan narazılıq edir. Bir - iki saatlıq əməliyyatlar dörd- beş saat çəkir. İnsanlar növbə götürməkdən bezir. Ona görə də ev alqı-satqısı zamanı Notariat Ofislərinə üz tuturlar. Çünki həmin əməliyyatlar bu ofislərdə uzağı bir- iki saat çəkir. Tay  " Asan xidmət" dəki kimi bütün günü itirmirsən!

Emil FAİQOĞLU