Hərbçilərimiz paraşüt təlimində - VİDEO
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.
Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.
Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Digər Xəbərlər
12 May 2026 20:25
“Euronews” Bakının WUF13-ə hazırlığından reportaj hazırladı - VİDEO
12 May 2026 20:00
Asan xidmət, yoxsa, çətin xidmət!
12 May 2026 19:14
Səhiyyə naziri Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb
12 May 2026 16:01


Bakı -°C

