Vilayət Eyvazov sıra baxışı keçirdi - 19 müharibə iştirakçısı polisə qəbul olundu - VİDEO+FOTOLAR

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 12-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Adalet.az-ın məlumatına görə, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 138 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Digər Xəbərlər

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır - FAKTİKİ HAVA

Müdafiə Nazirliyi həftəlik icmalı - VİDEO

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Zəvvarların Azərbaycana qayıtmasında heç bir problem yaranmayacaq - QMİ rəsmisi

Qırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür etdi

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
