15 Iyun 2025 18:24
803
GÜNDƏM

DİN-in kursantları Heydər Əliyevin məzarını ziyarət ediblər - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Ali Hərbi İnstitutunun kursantları 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. 

Adalet.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.