16 Iyun 2025 11:16
601
KRİMİNAL

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanıldı

İyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Adalet.az-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb.