Vilayət Eyvazov Naftalanda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR/VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 3 və 4-də Naftalan Şəhər Polis Şöbəsində vətəndaş qəbulu, eləcə də sıra baxışı keçirib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayon polis şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər, eləcə də digər şəhər və rayonlardan gələn 172 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.
Vətən müharibəsinin 16 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 121 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Digər Xəbərlər

Tədris mövsümü ilə bağlı Bakıya 100-dən çox avtobus cəlb ediləcək

Bu qəsəbədə bütün heyvanlar xəstədir - VİDEO

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bəzi ərazilərdə leysan yağıb, şimşək çaxıb

Tələbə yataqxanalarında qiymət və şərait necədir? - VİDEO

Adı "Qırmızı Kitab"a düşmüş qara kərkəs IDEA tərəfindən xilas edildi

Sabah bəzi yerlərdə yağış yağacaq
