Türkiyədə inflyasiya 33%-i ötüb

Türkiyədə illik inflyasiya yüksəlib.
Adalet.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin sentyabr ayında illik inflyasiya 33.29% təşkil edib. Avqust ayında bu rəqəm 32.95% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 3.23% artıb.
Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36.06%, nəqliyyatda 25.30%, mənzillərdə isə 51.36% artım müşahidə olunub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək həddi – 85,5% səviyyəsinə çatıb. Ötən il ən yüksək göstərici (75,45%) may ayında, bu il isə yanvar ayında (42,12%) qeydə alınıb.
Digər Xəbərlər

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Bu ölkələrdən quş ətinin idxalına QADAĞA

Vətəndaşlara nə qədər ƏDV məbləği qaytarılıb?

Dövlət büdcəsinin gəlirləri proqnozu 700 mln. manata yaxın üstələyib

"Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır"

“Bu rayonlar iqtisadiyyatın yeni inkişaf drayverinə çevrilməkdədir”

Rusiya Ukraynaya dair üzləşdiyi sanksiyalardan Ermənistan vasitəsilə yayınır
