Manatın dövretmə sürəti azalıb

Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib.
Adalet.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin avqustun 1-i ilə müqayisədə 0,01 bənd və ya 0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,06 bənd və ya 1,7% azalıb.
Belə ki, bu ilin avqustun 1-nə manatın dövretmə sürəti 3,39 bənd, ötən ilin sentyabrın 1-nə isə 3,44 bənd təşkil etmişdi.
Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Digər Xəbərlər

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Bu ölkələrdən quş ətinin idxalına QADAĞA

Vətəndaşlara nə qədər ƏDV məbləği qaytarılıb?

Dövlət büdcəsinin gəlirləri proqnozu 700 mln. manata yaxın üstələyib

"Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır"

“Bu rayonlar iqtisadiyyatın yeni inkişaf drayverinə çevrilməkdədir”

Rusiya Ukraynaya dair üzləşdiyi sanksiyalardan Ermənistan vasitəsilə yayınır
