06 Oktyabr 2025 20:32
676
DÜNYA

Paşinyan Avropaya inteqrasiya departamenti yaradır

Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin tərkibində Avropa Departamentindən ayrılaraq Avropaya inteqrasiya departamenti yaradılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında bildirilib.

Xarici İşlər Nazirliyinin strukturunda daha bir dəyişiklik Siyasi Planlaşdırma Departamentinin Diplomatik Fəaliyyətin Koordinasiyası Departamentinə birləşməsi ilə bağlıdır.