Trampın məqsədi Ukraynada atəşi dayandırmaqdır

Sabah Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşdə, ABŞ prezidenti Donald Trampın əsas məqsədi ilk növbədə atəşin dayandırılmasına nail olmaqdır. Avropa ölkələri liderləri, bu məsələdə ABŞ prezidentini dəstəkləyirlər və Ukraynada atəşkəs rejiminin yaradılmasını istəyirlər.
NBC telekanalı bildirir ki, "Tramp və avropa liderləri razılığa gəliblər ki, Ukraynada atəş sülh danışıqları başlayana qədər dayandırılmalıdır".
Xatırladırıq ki, ABŞ prezidenti Ukrayna prezidenti ilə telefon danışıqları zamanı, söz verib ki, Alyaskadakı görüşdə Vladimir Putinlə ərazi məsələlərini müzakirə etməyəcək.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Putinin köməkçisi görüşün planlarını açıqladı

Bu gün Starmer Londonda Zelenskiylə görüşəcək

Zelenski Trampa inanmır: Almaniyadan sonra Britaniya səfəri...
