23 May 2025 18:00
391
İDMAN

Toral Bayramovun qolu Avroliqanın ilk onluğunda - VİDEO

UEFA Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşı 10 qolu müəyyənləşib.

Adalet.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

"10-luq"da "Qarabağ"ın futbolçusu Toral Bayramovun Liqa mərhələsi çərçivəsində Norveç "Budo-Qlimt"i ilə matçda (2:1) vurduğu qol da yer alıb. Bu qol sıralamada 7-ci olub. 

1-ci yeri isə Türkiyə "Qalatasaray"ının futbolçusu Yunus Akgünün Liqa mərhələsində "Tottenhem"ə vurduğu qol tutub.