Avropa Liqasının mükafatlandırma mərasimində biabırçılıq

UEFA Avropa Liqasının final matçından sonra keçirilən mükafatlandırma mərasimində xoşagəlməz hal yaşanıb.
Adalet.az xəbər verir ki, turnirin qalibi olan "Tottenhem" mükafatlandırılan zaman futbolçuların hamısına medal çatmayıb.
Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalsız qalıb.
UEFA prezidenti Aleksander Çeferin sonuncu medalı İv Bissumaya təqdim edib. O, boş qalan mükafat qutusuna təəccüblə baxıb və növbədə medalını gözləyən üç futbolçunun əlini sıxmaqla kifayətlənib.
Xatırladaq ki, "Tottenhem" finalda digər İngiltərə təmsilçisi "Mançester Yenayted"ə qalib gəlib - 1:0.
Digər Xəbərlər

Toral Bayramovun qolu Avroliqanın ilk onluğunda - VİDEO

Fernandu Santuş: "Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır"

Azərbaycan millisi Sloveniya yığması ilə qarşılaşacaq

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa - VİDEO

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün bağlanış mərasimi keçirilib

AHİİTA idmançıları beynəlxalq turnirində 2 medal qazanıb

Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib - FOTO/VİDEO
