Qutteriş: "Ukraynada sülhə nail olmaq inandırıcı görünmür"

BMT-nin baş katibi Antoniu Qutteriş, təşkilatın saytlnda bəyan edib ki, tərəflərin sülh danışıqlarl ilə bağlı çox fərqli mövqe tutmaları, yaxın perspektivdə sülhə nail olmayacağını göstərir.
"Mən Ukrayna və Rusiya arasında yaxın perspektivdə sülh razılaşması əldə olunacağına heç də optimist yanaşmıram. Hazırda mövqelər ciddi şəkildə bir-birindən fərqlənir"- deyə BMT-nin baş katibi bildirib.
Qutteriş qeyd edib ki, BMT tərəfləri tez bir zamanda atəşi dayandırmağa çağırıb. Baş katibin sözlərinə görə, mövqelər ərazi məsələləri ətrafında toqquşur. Ona görə də, "qəqin ki, atəşin dayandırılmasına, hələ bir müddət də nail olmaq mümkün olmayacaq".
BMT-nin baş katibi elə bilir ki, dünyada hələ də bu təşkilatı saya salan var. İllərdi BMT-nin münaqişə və müharibələrlə bağlı qəbul etdikləri minlərlə qətnamə, hələdə, kağız parçası kimi havadan asılı qalır...
Rüstəm Hacıyev
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
