Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib

Avropa Komissiyası kollegiyasının bu gün keçirilən iclasında təsdiqlənən fərdi sanksiyalar təklifləri arasında HƏMAS-ın siyasi bürosunun 10 üzvü var.
Adalet.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Onların arasında həm Qəzza və Qərb sahilində, həm də digər ölkələrdə olan şəxslər var.
Avropa Komissiyasının izahına görə, bu cür sanksiyalar həm onların əmlakının və digər aktivlərinin dondurulmasına, həm də ittifaq ərazisinə girişin qadağan edilməsini əhatə edir.
HƏMAS daha əvvəl Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.
Qərar qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir.
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

“Ukrayna verilən silahlarla cəbhədə əhəmiyyətli dəyişikliklər yarada bilər” – Politoloq
