17 Sentyabr 2025 17:36
163
DÜNYA

“Ukrayna verilən silahlarla cəbhədə əhəmiyyətli dəyişikliklər yarada bilər” –Politoloq 

“ABŞ Ukraynaya ilk silah yardımı paketini təsdiq edib. Rusiyanın "Qərbə -2025" hərbi təlimləri NATO-ya əzələ nümayiş idi. Belarusda keçirilən hərbi təlimlər birbaşa Polşanın təhlükəsizliyini təhdid edirdi. Polşanın hava məkanında kəşfiyyat uçuşları həyata keçirən Rusiya Qərbi preventiv zərbələrlə hədələyir”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, Rusiyanın NATO üzvü olan ölkəyə hücum edib, ikinci cəbhə açması mümkün görünmür:

“Buna baxmayaraq, Rusiya Polşa ərazisində Qərbin Ukraynaya logistika zəncirinə zərbə vuran bilər. Artıq ABŞ və Rusiya siyasi danışıqları dayanıb. Vladimir Putinin hərbi uniformada poliqona gəlməsi danışıqlar prosesində maraqlı olmadığının mesajını verdi. Şərqi Avropa Rusiya -Qərb arasında yeni cəbhə xətti kimi qəbul edilir. Rusiya Belarusda öz hərbi qüvvələrini komplekləşdirib. Belarusdan Ukraynaya hücum mümkün ola bilər. Məhz ABŞ Belarusla apardığı danışıqlarda buna getməməyi tələb etməsi istisna deyil”. 

Onun sözlərinə görə, ABŞ və Avropa Rusiyaya qarşı vahid mövqeyə gəliblər:

“ABŞ prezidenti Donald Tramp Ukraynaya ilk hərbi yardımı təsdiq etdi. Bir milyard dollar məbləğində hərbi yardım hücum və öldürücü silahlardan ibarətdir. ABŞ prezidenti Vladimir Putinlə danışıqların mənasız olduğunun fərqindədir. Rusiyanın Polşaya kəşfiyyat hücumu məhz ABŞ və Avropanı Rusiyaya qarşı müharibənin gedişatına ciddi şəkildə dəyişəcək silahların ayrılmasına sövq etdi. Ukrayna verilən silahlarla cəbhə bölgəsində əhəmiyyətli dəyişikliklər yarada bilər. ABŞ Rusiyaya hərbi təzyiqləri etməklə ilin axırına kimi Vladimir Putini danışıqlar masasında güzəştə gətirməyi hədəfləyir”.

Vasif ƏLİHÜSEYN