17 Sentyabr 2025 12:06
138
DÜNYA

Zelenski atəşi dayandırmağa hazırdır, lakin...

 Ukrayna prezidenti Volodimir Zelenski, Sky News telekanalına müsahibəsində bəyan edib ki, Ukrayna atəşi dayandırmağa hazırdır. Kiyev  ABŞ prezidenti Donald Trampın atəşi dayandıra biləcəyinə ümid edirdi.

 "Biz ümid edirik ki, ABŞ prezidenti atəşin dayandırılmasına nail olacaq. Biz  buna hazırıq"-deyə Ukrayna prezidenti bəyan edib.

 Xatırladırıq ki, Donald Tramp hələ avqustun 19-da, Vladimir Putinlə gözlənilən görüş ərəfəsində atəşin dayandlrllması ilə bağlı razılıq əldə edəcəyini bəyan etmişdi. Lakin, Moskvanın irəli sürdüyü "xüsusi şərtləri" razılığın əldə olunmasına mane oldu. 

 İndi, Ukrayna prezidenti Putin və Tramla görüşməyə, atəşin dayandırılmasına hazır olduğunu bəyan edir. Lakin... bu dəfə Zelenski öz şərtini irəli sürür. "Rusiya əvvəlcədən heç bir tələb irəli sürməməlidir". 

 Danışıqlar baş tutmur, ən azından atəşin dayanfırılmasl üçün, razılıq əldə olunmur,  hər gün onlarla, yüzlərlə can alan müharibə isə davam edir...

 Rüstəm Hacıyev