Dönə mən ola

İstərəm sevdiyim dönə mən ola,
Ağlasam,ağlaya,duman-çən ola,
Sözləri sözümlə tamam tən ola,
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
Səhvim olsa üzə deyə,qalmaya.
Söz deyəndə gözündə kin olmaya.
İlan kimi,əqrəb kimi çalmaya.
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
Dərdim olsa,gözlərimdən bilə,O.
Gözlərimdə dönə suya,selə,O.
Kədər çəksəm,lap dərdimdən ölə,O.
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
Mənim üçün oddan,alovdan keçə,
İstərəm zəhəri şərbət tək içə.
Milyonlar içində tək məni seçə.
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
Nə söyüd,nə yovuşan bəsləmirəm mən.
Nə pulu,nə mülkü gözləmirəm mən.
Dəyərsiz insanı izləmirəm mən.
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
İstəyirəm hər an qeydimə qala,
Ürəyində mənim yerimi sala,
Gər görməsə qəhərlənə,göz dola.
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
Məhəbbətə böyük önəm verirəm.
Xəyalımda saf bir insan görürəm.
Bu xəyalı yetişdirib,dərirəm.
Belə olsa,işıqlanar sabahım.
Olmaz ağrım,olmaz acım,nə ahım.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər

“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - FOTOLAR

Salam, müəllimə - Kamalə Abiyeva yazır

Kəs - Fərhad Tapdıqoğlundan HEKAYƏ

Şəlalə Camal: Sənsiz ağrıyır ruhum, ata...

Şəlalə Camal: Bütün solğun şəkillərə rəngi verən gülüşdür...

Nizami Muzeyinin açılışının 80 illiyi qeyd olundu - FOTOLAR

Dünyanın malı şirindi yaman
