15 May 2025 19:10
118
DÜNYA

Zelenski: İstanbulda danışıqlar bu gün və ya sabah keçirilə bilər

Ukrayna İstanbulda danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir.

Adalet.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.

"Biz danışıqların vaxtı və tarixi ilə bağlı ABŞ və Türkiyədən olan həmkarlarımızdan aydın siqnallar gözləyirik. Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.

O vurğulayıb ki, Ukrayna Rusiya ilə danışıqlarda maraqlıdır və görüşün baş tutacağına ümid edir.

"Heç kim sülhə gətirib çıxara biləcək ən kiçik addıma belə etinasız yanaşmayacaq. Mövqeyimiz konstruktiv olaraq qalır", - Zelenski əlavə edib.